free web hosting | free website | Business Hosting Services | Free Website Submission | shopping cart | php hosting




















 




Ermənistan-Azərbaycan (Qarabag konflikti)

"Bizim əsr qəzeti", 14 iyul 2001, s.12
Əsr və itkin düşmüş vətəndaşların işi üzrə
Dövlət komissiyasının materiallarından

İç göynədən statistika

  • 18 mindən çox vətəndaş həlak olub;
  • 50 mindən çox yaralanıb və şikəst edilib;
  • Qaçqın və məcburi köçkünlərin sayı 1 milyondan çoxdur;
  • 4 min 959 nəfər itkin düşüb. Onların 71-i uşaq, 326-sı qadın, 358-i yaşlıdır. Erməni tərəfi 783 nəfərin əsirlikdə olmasını gizlədir. Onların 18-i uşaq,43-ü qadın, 56-sı yaş-lıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mə'luma-tına görə isə hazırda Ermənistada cəmi 1 nəfər azərbaycanlı saxlanılır.
  • 176 qəfər əsirlikdə ölüb. 1992-2000-ci illər ərzində 1086 nəfər əsirlikdən azad olunub. Onların 67-si uşaq, 243-ü qadın, 246-sı qocadır.

8 azərbaycanlı necə öldürülüb?

16 fevral 1994-cü ildə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən yayılan press-kommünikedə bildirilir ki, güya, əsirlikdən qaçmağa cəhd göstərən 8 azərbaycanlı hərbi əsir Yerevanda atışma zamanı öldürülüb.

Azərbaycan tərəfinin tələbi ilə 23 mart 1994-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri vasitəsilə 10 azərbaycanlı hərbi əsirin meyiti Yerevandan Bakıya gətirilib. Martın 24-25-də hərbi əsirlərin cəsədləri ekspertiza edilib. Meyitlərin şəkli çəkilmiş, onlara qar-şı əlavə laborator, məhkəmə-kimyəvi, məhkəmə-bioloji, tibbi-kriminalist tədqiqatlar aprılmışdır.

Ekspertizanın nəticəsində müəyyən olunur ki, 8 meyitin gicgah nahiyəsində çıxıntılı güllə yaraları var, 3 hadisədə atəş əsirlərin bədəninə dirənərək, digər hallarda isə çox yaxın məsafədən qəsdən öldürmək üçün atılıb. Tədqiqatlar nəticəsində meyitlərdən birinin ciyəri, ürəyi, dalağı aşkar olunmayıb, həmçinin meyitin qulağı kəsilib. Daha 2 meyit də müvafiq olaraq kəsilib: bircidə hər 2 qulağı, ikincidə isə sağ qulağı; digərinin döş qəfəsinin qabağ nahiyəsində çıxıntılı güllə yarası var; meyitlərdən birini boynunun qabağ nahiyəsində iti alətlə dərin açılmış yara; başqa birinin döş qəfəsinin hər iki tərəfindəki qabığalarda sınıqlar aşkar olunub; sonuncu meyitdə kaxesiyanın (arıqlamaq, əldən düşmək) dərin əlamətləri aşkar olunub. Aprelin 7-8-də neytral ölkədən olan beynəlxalq məhkəmə tibbi eksperti statuslu, Beynəlxalq Hüquqi və Sosial Tibbi Akademiyasının və Britaniyanın "Həkimlər insan haqqlərı uğrunda" təşkilatının rəyasət hey'ətinin üzvü, professor Derek Paunder tərəfindən təkrar ekspertiza keçirilir.

O, respublikamızın ekspertlər komissiyasının gəldiyi nəticələri təsdiqləyir və bəyan edir ki, 6 azərbaycanlı hərbi əsirin öldürülməsi təkzibolunmazdır. O, bildirib ki, əsirlərin gicgah nahiyəsinə eyni silahdan atəş açılıb və onların guya "qaçmağa cəhd göstərmələri" istisna təşkil edir.

ERMƏNİLƏRİN AZĞINLIQLARI...

Əsirlikdən qayıtmış Arzu Binnət qızı Əmrəliyeva ( Gən-cə Pedaqoji İnstitunun yataqxanasında yaşayır) 1993-cü il aprelin 18-də ermənilər girov götürdükləri 30 nəfərdən 19-nun, o cümlədən onun ərinin, anasının, bacısının, qa-yınatasının, qayınının, baldızının və dayısının arva-dının bir yerdə güllələnməsindən danışır.

Keçmiş əsir 57 yaşlı Həsən Məcid oğlu Hüseynov (Bakı, 8-ci Kilometr qəsəbəsi, Rüstəmov küçəsi ev 51-də yaşayır) bildirir ki, 1993-cü il oktyabrın 23-də ermənilər tərəfindən Horadiz qəsəbəsində əsir götürülmüş 40 dinc sakinin 26-sı güllələnib.

Erməni hərbi qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunan zaman Azərbaycan Milli Təhlükəsizlik Nazir-liyi 1993-cü il aprelin 6-7-də erməni hərbiçilərinin radio -danışıqlarını qeydə alıb. Yazılardan görünür ki, erməni komandirlərdən biri öz tabeçiliyində olanlara əsir düşən hər bir azərbaycanlını güllələməyi və bu rayona gələn beynəlxalq təşkilatların nümayəndələrinin nəzərindən yayınmaq üçün meytləri basdırmağı əmr edir (materiallar müvafiq beynəlxalq təşkilatlara göndərilib).

Kəlbəcər rayonunun Başlıbel kəndinin keçmiş sakini, hazırda Gəncə Pedaqoji İnstitutunun yataqxanasında yaşayan Binnət Abduləli oğlu Əhmədov 1994-cü il aprelin 18-də sözü gedən rayonun işğalı zamanı 3 erməni döyüşçüsünün onun dinc həmkəndlilərini silahı dirəyərək güllələməklərinin şahidi olub. Onlardan 10-nu yerindəcə keçinib, digərləri isə yaralanıb.

Keçmiş əsir 61 yaşlı Budaq Əli oğlu Alışanov (Oğuz ra-yonunun Yaqublu kəndində yaşayır) Drmbom kəndində Arkadi adlı ermənin 5 azərbaycanlı əsiri ağır fiziki işlərdə işlədərək sonra necə güllələnməsinin şahidi olub.

1994-cü sentyabrın 15-də erməni əsirliyindən azad olunan Raisa Şirin qızı Nuxuyevanın (Bakı, M.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 2, mənzil 45-də yaşayır) mə'lumatına görə, əsirlikdə olduğu dövrdə Səmayə Kərimova özünə və 2 yaşlı qızı Nurlanəyə edilən çox saylı işgəncələrə dözməyərək intihar edir. Nurlanənin bədənində və başında açılmış yaralar nəticəsində gözləri tutulub. Hazırda Nurlanə Bakıda, M.Rəsulzadə qəsəbəsində, Z.Qəmbərov küçəsi, ev 2, məzil 45-də yaşayır.

15 yaşlı əsir Nəzakətin (Mərdəkan qəsəbəsində yaşayır) gözldəri qarşısında atasına işgəncə verərək qulağını kə-sib, şantaj və hədə-qorxu yolu ilə anasını dəli olmaq dərəcə-nə çatdırıblar. Qızı isə 4 milyon rus rubluna satıblar.

Füzuli rayonunun Kürdmahmudlu kəndinin sakini Mürvət Fetiş oğlu Ağayevi oğlu Yaşarla birlikdə əsir götürüblər. Yaşarı atasının gözləri qarşısında öldürüblər.

Mürvət Ağayevin özünü isə döyüb, qulağını kəsib, əllərini məftillə bağlayıb ağacdan asıblar, ayaqları altında ocaq yandırıblar. Nəticədə onun ayaqları yanmışdır. Mürvət Ağayev 1994-cü il avqustun 19-da azadlığa buraxılıb. Hazırda o, Beyləqan rayonunun Yeni Qəsəbə kəndində yaşayır.

1994-cü ildə əsirlikdən azad olan Əhmədovların (Bərdə rayonunda çadır şəhərciyində yaşayır) söylədiyinə görə 1993-cü il avqustun 17-də mühasirəyə düşmüş Füzuli rayonunun Qacar kəndinin 25 dinc əhalisi onların gözləri qarşısında güllələnib.

Kəlbəcər rayonunun işğalı zamanı 2 azyaşlı uşağı ilə əsir düşmüş İmarət Məmişovanın dediyinə görə, onun gözləri önündə 8 nəfəri, o cümlədən 8 yaşlı oğlu Taleyi güllələyib, sonra isə yandırıblar. Sonra İmarətin 10 yaşlı oğlu Yadigarı və digər qadın, qoca və uşaqları Xankəndinə göndəriblər, orada isə həmin əsirlər təcavüzə mə'ruz qalıb-lar.

Keçmiş əsir Gülsüm Xudiyeva bildirir ki, onun nəvəsi Babək İlyasov cəmi 7 aylıq imiş. Onun anası Afət Mirzəyeva və babası Aslan Mirzəyevi güllələyiblər. Qəlpə Babəkin sağ gözünü yaralayır. Onunla bərabər digər əsirlər 4 aydan sonra azad ediliblər. Hazırda Babəkin bir gözü kordur.

1926-cı il təvəllüdlü Vladimir İvanoviç Şavelyevi 1993-cü il iyunun 22-də Ağdamda əsir göturublər. O, ümid edib ki, ermənilər dinc sakinlərə , özü də ruslara toxunmayacaqlar. Ona görə də Vladimir və onun ailəsi ermənilərin işğalı zamanı Ağdamı tərk etməyiblər. Vladimirin gözləri qarşısında onun anasını, bacısını, yatağa məhkum olunmuş xəstə qardaşını güllələyiblər. O, Ağdamın küçələrindən birində sıradan çıxmış Azərbaycan tankının ətrafında sifətləri tanınmaz vəziyyətə salınmış qadın, uşaq meyit-ləri görüb. Vladimir 1994-cü ilin aprelində erməni əsirliyindən azad olunub. Hazırda o, Bakı şəhəri Pirallahı qəsəbəsi, 2213 məhəlləsindəki, 39-40 küçəsi, ev 14, mənzil 7-də yaşayır.

20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyitinin məhkəmə-tibb ekspertizası tərəfindən tədqiqatlar göstərib ki, o, daimi döyülmə və işgəncələr nəticəsində ölüb.

Ailələr və talelər

Qeyd edək ki, ermənilər tərəfindən əsir götürülənlərin əksəriyyətini ailələr təşkil edirdi.

Belə ki, 1992-ci il fevralın 26-da Xocalının işğalı zamanı Məmmədovlar ailəsinin 6 üzvü, o cümlədən 3 qadın əsir düşüb.

1993-cü ilin martında Kəlbəcər rayonnunun Kilsəli kəndinin sakinləri Quliyevlər ailəsinin 15 üzvü, elə həmin ilin iyulunda isə Füzulinin Gerazıllı kəndinin sakinləri Nuxuyevlər ailəsinin 19 üzvü əsir düşüb. Onlardan ən böyü-yünün 80, ən kiçiyinin isə 4 yaşı olub.

1993-cü ilin fevralında İsveçrənini Monte şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri A. Paşazadə ilə bü-tün ermənilərin katalikosu II. Vazgenin görüşü keçirilib.

Digər məsələlərlə birgə, Azərbaycan tərəfinin təşəb-büsü ilə bütün girovların azad edilməsi ilə əlaqədar birgə kommünike imzalanıb.

Sonradan erməni tərəfi verdiyi zəmanətləri yerinə yetir-məkdən imtina edir. 1993-cü il martın 9-da BQXK-nın Moskva nümayəndəliyində əsir və itkin düşmüşlərin işi üzrə dövlət komissiyasının sədri, milli təhlükəsizlik naziri Namiq Abbasovla Ermənistan Müdafiə Nazirliyinin idarə rəisi Adroink Arşakyan arasında görüş keçirilir. Görüşdə hər iki respublikanın Rusiyadakı səfirliklərinin nümayəndə-ləri şitirak edir.

Martın sonunda Cenevrədə 4 sənəd layihəsinin imzalanması haqqında razılıq əldə olunur. Azərbaycan tərəfi 10 gün ərzində bu sənəd layihələrini hazırlayıb: Əsirlərin "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi və əsir götürməkdən imtina edilməsi; yaralı və ağır xəstə olan hərbi əsirlərin dəyişdirilməsi; meyitlərin 48 saat ərzində dəyiş dirilməsi; Cenevrə konvensiyasının tələblərinə əsa-sən hərbi əsirlərin saxlanılması.

BQXK-nın Bakı nümayəndəliyinin vasitəsilə sənədlər Yerevana və Cenvrəyə göndərilir. Erməni tərəfi siyasi tələb-lər irəli sürərək Cenevrəyə gəlməkdən imtina edir.

1994-cü ilin avqustunda Azərbaycan tərəfi birtərəfli qay-dada BQXK ilə 27 erməni hərbi əsirini və o cümlədən bütün əsirləri azad edir. Bu hadisədən sonra Azərbəycanda bir nəfər də əsir qalmayıb. 1993-1999-cu illərdə danışıqlar zamanı Ermənisitan və Dağllıq Qrabağ nümayəndələri bəyan edirlər ki, onlarla cəmi 50-60 əsir saxlanılır. Halbuki son 8 ildə 1086 azərbaycanlı əsirlikdən azad edilib.

4 min 959 itkin düşmüş azərbaycanlının 783-nə münasibətdə , o cümlədən 18 uşaq, 43 qadın, 56 qocanın hərbi əməliyyatlar dövründə əsir düşmələri barədə sübutlar var.

Əsir və İtkin Düşmüş Vətandaşların İşi üzrə Dövlət Komissiyasının və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının gərgin əməyi nəticəsində şahidlərdən ifadələr alınıb, həmin şəxslərin siyahısı, ankenti hazır-lanıb, onların nə vaxt, harada görünmələri və saxlanılması ehtimal edilən ərazilər göstərilmişdir.

Həmin şəxslərin əsirlikdə olması faktını erməni tərəfi boynuna almaq istəmir. Həmin şəxslər BQXK tərə-findən rəsmi qeydə alınmayıb. Lakin Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya), Paat Zakaraşveli şəxsində hərbi əsirlərin azad edilməsi və itkin düşmüş-lərin axtarışı üzrə hüquq müdafiə qrupu hansı ki, dəfələr-lə Yerevan, Xankəndi və Bakıya səfərlər edib. Onlar 1999-cu ilin mayında Yerevanda olarkən itkin düşmüşlərin siyahı-sında olan 6 azərbaycanlı barədə informasiya alırlar. Müəyyən olunur ki, həmin azərbaycanlı hərbiçilər erməni əsirliyində həlak olublar. Erməni tərəfi 6 ildən çox müddət-də əsirlik faktlarını inkar edirdi.

Beynəlxalq müşahidəçilərə və erməni tərəfinin nümayən-dələrinəvaxtaşırı olaraq Azərbaycanda monitorinq aparmağa şərait yaradılır. Belə ki, 1999-cu il sentyabrın 25-29-da hüquq müdafiəçiləri ilə birgə Ermənistan və Dağlıq Qarabağın nümayəndələr qrupu ATƏT nümayəndəsinin yardımı ilə itkin düşmüş erməniləri axtarmaq məqsədilə Bakıya gəliblər. Qrup üzvlərinə erməni əsirlərin saxlanması ehti-mal edilən bütün yerlərə baxış keçirməyə şərait yaradılıb ki, ermənilər irəli sürdükləri mə'lumatların həqiqətə uyğun olmadığına inansınlar.

Azərbaycan tərəfi dəfələrlə istər Avropa Şurasında, istərsə də digər beynəlxalq təşkilatlar qarşısında azərbaycanlı əsirlərin Ermənistan və Dağlıq Qarbağda sax-lanması barədə məsələ qaldırıb. Lakin hələ də ermənilər həyasızcasına bu faktlardan boyun qaçırırlar.

Content AKTAM
Support AzInternetLinks
Azeri fonts
Russian English