|
Cənubi Qafqazda
Qaçqinlar Və Məcburi Köçkünlər Mövzusuna Həsr Olunmuş
Konfransda Baş Nazirin Müavini Dövlət qaçqinkomun Sədri Əli
Həsənovun Çixişi
Hörmətli cənab sədr!
Hörmətli qonaqlar, xanımlar və
cənablar!
Mən Azərbaycan hökuməti adından,
Azərbaycanın bir milyon qaçqın və məcburi köçkünləri adından
sizin hamınızı salamlayıram və konfransın işinə uğurlar
diləyirəm.
Avropa Şurası Parlament Assambleyasının
Miqrasiya, Qaçqınlar və Demoqrafiya Komitəsinin Cənubi Qafqazda,
xüsusilə təcavüzə məruz qalmış Azərbaycanda bu problemlə
əlaqədar belə bir geniş tədbir keçirməsi bu şuranın və
onun qurumlarının obyektivliyindən xəbər verir.
Son on üç ildə Azərbaycanın
qarşılaşdığı çoxsaylı ədalətsizlikləri mən bu gün belə
tədbirdə qeyd etməyə bilmərəm. Ona görə də, cənab sədr,
mən çıxışımı qətiyyən siyasiləşdirmək fikrində deyiləm.
Ancaq burada səsləndiyi
kimi, gəlin səbəblər axtarmayaq, geriyə - tarixə
qayıtmayaq fikirləri ilə razı deyiləm. Konkret olaraq bununla
heç cür razılaşa bilmərik. Çünki xəstənin diaqnozu müəyyən
olunmasa onu müalicə etmək qeyri-mümkündür.
Təxminən on üç il bundan əvvəl
dünya erməni lobbisi beynəlxalq
aləmdə belə bir fikir formalaşdırdı ki, regionda guya erməni-azərbaycanlı
konflikti baş veribdir. O dövrdə, açıq etiraf etmək lazımdır
ki, Azərbaycan beynəlxalq aləmdə öz yerini bugünkü kimi tuta
bilməmişdi. Ona görə də belə bir dezinformasiya beynəlxalq
aləmi demək olar ki, çaşdırmışdı. Biz isə bu gün də deyirik
ki, bu heç də ermənilərin yaydığı kimi kiçik etnik bir problem
yox, dərin köklərə malik olan konfliktdir. Ona görə də mən
bu barədə çox qısa və konkret mə_lumat vermək
istəyirəm.
Biz hiss edirik ki, Avropa Şurası
və onun qurumları regionda haqqı-ədaləti bərpa etmək niyyətindədir.
Haqqı-ədaləti bərpa etmək üçün isə həqiqəti mütləq
bilmək lazımdır. Hələ 1828-ci ildə İrandan qovulmuş erməniləri
Azərbaycan özünün səfalı guşəsi olan Dağlıq Qarabağda
yerləşdirən andan, demək olar ki, bu proses başlayıbdır.
Bunun nəticəsində isə 1918-ci ildə ermənilər tərəfindən
Azərbaycanın Zəngəzur mahalı işğal olunub və beləliklə
də Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikası
200 min nəfərə yaxın əhalisi olan bir respublika 80 ildən
yuxarıdır ki, anklav vəziyyətdə yaşayır.Son hadisələrdən
sonra isə Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla əlaqələrimiz
hava xəttilə həyata keçirilir.
XX əsr Azərbaycan üçün çox
faciəli olubdur. Təkcə
bir faktı qeyd etmək istəyirəm ki, Ermənistanda yaşayan Azərbaycanlılar
təkcə XX əsrdə dörd dəfə deportasiya olunub. Bu 1905-1918-1948-ci
illərdə və nəhayət, Ermənistanda yaşayan Azərbaycanlıların
250 min nəfərinin 1998-ci ildə etnik təmizlənməsi ilə
başa çatdırılıb. Beləliklə ermənilər üç yüz il ərzində
qarşılarına qoyduqları məqsədə nəhayət ki, keçmiş Sovet
İttifaqının rəhbəri Mixail Qorbaçovun, onun ətrafındakı
erməni lobbisinin tə_siri ilə nail oldular.
Siz yaxşı bilirsiniz ki, Yuqoslaviyanın
sabiq prezidenti Miloşeviçi bu gün beynəlxalq tribunala cəlb
edirlər. Ancaq Qorbaçovun və erməni separatçılarının törətdikləri
Miloşeviçin törətdiklərindən çox-çox dəhşətlidir. Bunlar
hətta faşizmin törətdiklərindən də dəhşətlidir.
Bunları nəzərə alaraq belə
bir sual doğur: Belə olan təqdirdə Qorbaçov və erməni separatçıları
nə üçün bu gün beynəlxalq tribunala cəlb olunmurlar? Neçə
ki, dünyada bu cür konflikti törədənlər öz layiqli cəzalarını
almayıblar, dünyada bu cür konfliktlərin də sayı artacaq.
Ona görə də özlərinin siyasi karyeralarını belə konfliktlərin
üzərində quran adamlar mütləq siyasi cəzalarını almalıdırlar.
Bu ğün
Azərbaycanda bir milyondan yuxarı qaçqın və məcburi köçkün
var. Bayaq da qeyd etdiyim kimi, 250 min nəfərdən çox Ermənistandan
qovulmuş azərbaycanlılar, 1988-92-ci
illərdə 180 min əhalisi olan Dağlıq Qarabağdan qovulmuş azərbaycanlı
və 80 azərbaycanlı yaşayış məntəqələri yandırılıb darmadağın
edildikdən sonra bu ərazilərdən qovulmuş azərbaycanlılardır.
Bunlar bu gün Azərbaycan üçün böyük, həm də olduqca ciddi
prblemdir. Hələ 1992-ci ildə fevralın 26-dan 27-nə keçən
gecə Xocalı faciəsi, mayın 8-də isə Şuşanın işğalı ilə
nəticələnən bu faciələr tarixə Xocalı faciəsini XX əsrin
genosidi kimi həkk etdi. Yaxşı ki, o dövrdə bir sıra sənədli
çəkilişlər aparılıb və bu gün onu olduğu kimi dünya ictimaiyyətinə
çatdırmaq mümkündür. Bütün bunlarla kifayətlənməyən separatçı
qüvvələr digər qonşu dövlətlərin hərbi birləşmələrinin
gücü ilə nəhayət ki, Dağlıq Qarabağın ətrafındakı 7
rayonumuzu da işğal
etdilər.Həmin 7 rayonda 700 min azərbaycanlı yaşayırdı. Həmin
rayonlardan biri Laçın rayonu məhz bu gün bizim konfransın
başlanması ilə üst-üstə düşən bu gündə işğal olunubdur.
1992-ci ildə Orta Asiyadan etnik münaqişələr zəmnində 50
min nəfər mesxeti türkü
də Azərbaycana pənah gətirib. Bu işğaldan sonra təmas xəttindən
- cəbhə xəttinə yaxın
yaşayış məntəqələrindən 100 minə yaxın azərbaycanlı
da təhlükəsizlik nöqteyi-nəzərindən yerlərini dəyişiblər.
Beləliklə Azərbaycanın bir milyondan artıq qaçqını var.
Bəli 8 milyon əhalinin bir milyonu qaçqın, ərazimizin 20 faizi
işğal altındadır. Dünyada bunun analoqu yoxdur.
Bu proseslər, yəni
işğallar zamanı həmin işğal olunuş rayonlara dəyən ziyan
50 milyard ABŞ dolları məbləğində dəyərləndirilir. Ermənistandan
qovulmuş 250 min azərbaycanlının isə 3 milyard dollarlıqdan
çox əmlakı orada qalıb. Məndən əvvəlki çıxışda kompensasiyadan
söhbət getdi. Biz e_tiraz etmirik . Gəlin bu kompensasiya məsələsini
də həll edək. Yəqin ki, bu yaxınlarda beynəlxalq təşkilatlar
tərəfindən
də tamamilə təsdiq ediləcək ki, işğal olunmuş ərazilərdəki
darmadağın edilərək əmlakı sökülüb daşınmış 900 şəhər
və kənd, 700 məktəb, 270 xəstaxana, 10 min kilometrlərlə
işıq, su xətləri, yollar dağılıb, bir sözlə, orada qalan
əmlak yerlə-yeksan olunubdur.
Bunları ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiq ediblər.
Bunlarla yanaşı, Azərbaycana həm də böyük mənəvi zərbələr
vurulubdur. Bizim həmin müharibədə 20 min şəhidimiz, 15 min
şəhid ailəmiz, 8500 ömürlük şikəst olmuş vətəndaşımız,
100 min nəfərə yaxın yaralılarımız var.
Məlumat
üçün bildirirəm ki, dünən xanım Vermot Manqold belə obyektlərdən
birində olub və Azərbaycanda bu cür 1600 obyekt var. Onlar Azərbaycanın
58 rayon və şəhərinə səpələniblər. Əgər sizin imkanınız
olsaydı, biz bir gün ərzində vertolyotdan obyektlərin hər
birini sizə göstərərdik. Təəssüf ki, sizin belə imkanınız
yoxdur. Erməni lobbisi həmçinin beynəlxalq aləmdə belə bir
fikirdə formalaşdırır ki, Azərbaycanın humanitar yardıma
ehtiyacı yoxdur. Və guya Azərbaycan neftdən kifayət qədər
gəlir əldə eddir. Bəli, Azərbaycanın neft kontrakları var.
Ancaq bu müqavilələr otuz
ilə imzalanıb və bu cür gəlirlər hələ 5-10 ildən sonra
istifadə ediləcək. Ona görədə bu insanların yardıma ehtiyacı
olduqca böyükdür. Bunları deməkdə məqsədim odur ki, Ermənistan
silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal
etməklə kifayətlənməyərək
beynəlxalq aləmdə Azərbaycana qarşı ideoloji müharibə parmaqda
da davam edir. Bizə isə deyirlər ki, gəlin hər şeyi kənara
qoyub barışaq. Belə olan təqdirdə bu cür hərəkətlərə,
fikirlərə nə ad vermək olar?
Bəli Azərbaycan qaçqınları
əmindirlər ki, bu problem sülh yolu ilə həll olunacaq. Azərbaycan
Respublikasının Prezidenti cənab Heydər Əliyev 1994-cü ildən
Azərbaycan xalqının iradəsinə
söykənərək sülhsevər siyasət yeridir.Ümumiyyətlə, yəqin
ki, sizin də hamınız yaxşı bilirsiniz ki, Azərbaycan xalqı
tarixən heç bir dövlətin torpağını , ərazisini zəpt etməyibdir
və bu xalq sülhsevər xalqdır. Bu bizim tarixi ən'ənəmizdir
və mə'nəvi dəyərlərimizdir. Bu gün biz hamımız böyük
səbrsizliklə gözləyirik ki, bu problem sülh yolu ilə həll
olunacaq.Ancaq Ermənistan
tərəfin bu yolda atacağı konstruktiv addımlar hələlik mə'lum
deyil. Ona görə ki, hamımızın yaxşı yadındadır ki, Ter-Petrosyanın
dövründə də danışıqlar gəlib bu səviyyəyə çatmışdır.
Lakin onu dərhal ist'efaya göndərdilər. Köçəryan təzə hakimiyyətə
gələndən
sonra onunla da danışıqlar bu səviyyəyə gəlib çıxmışdır.
Lakin həmin vaxt da parlamentdə terror hadisəsi baş verdi.Bu
gun də danışıqla prosesi beynəlxalq aləmdə fəallaşır,
Minsk qrupunun fəaliyyəti aktivləşir. Ancaq bu gün səhər-səhər
mətbuata baxıram
ki, Ermənistanda yenidən mitinqlər başlayır, Köçəryanın
iste'fası qoyulur.
Azərbaycan Respublikasının Prezidenti
cnab Heydə Əliyev, Azərbaycan xalqı bu problemin sülh yolu
ilə həllini istəyir. Ancaq bu, heç də o demək deyil ki, Ermənistan
tərəfi heç bir konstruktiv addım atmayaraq bu torpaqları bu
torpaqları daim işğal altında saxlasın. Hesab edirəm ki, Avropa
Şurasının Qaçqınlar, Miqrasiya və Demoqrafiya Komitəsinin
bu gün burada keçirilən iclası bütövlükdə cənubi Qafqaz
üçün böyük əhəmiyyət kəsb kdir. Bu
konfransı biz çox yüksək qiymətləndiririk. Ancaq hamı bilməlidir
ki, Ermənistan-Azərbaycan konflikti həll olunmayınca ümumiliklə
Qafqazda sabitliyin tə' min olunması barədə danışmaq mümkün
deyil.
Burada cənab Dennis Sammut öz
çıxışına qaçqınlar probleminə toxundu və çeçen qaçqınlarından
da söz açdı və qeyd etdi ki, onlar Azərbaycanın rəsmi dairələri
tərəfindən qəbul olunmur. Bunu məndə Baş nazirin müavini
-Dövlətqaçqınkomun sədri kimi tam təsdiqləyirəm. Azərbaycan
dövləti və hökuməti bir nəfər də olsun çeçen
qaçqınlarını rəsmi qəbul etməyibdir. Azərbaycanda olan çeçen
qaçqınları ancaq burada yaşayan qohum-qardaşlarının yanına
gələnlərdir. Bura da qeyd edildi ki, siyasi baxışlarına görə
buraya gələnlər də var. Biz BMT QAK-ın Azərbaycan nümayəndəliyi
ilə çox sıx əməkdaşlıq edirik, bu deyilənləri birgə araşdırcağıq.
Cənab sədr, Siz mənim Cenevrədəki
çıxışıma toxundunuz. Əgər yadınızdadırsa , o çıxışımda
mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının strukturuna
aid təkliflər vermişdir. Sizin komitə də Qaçqınlar , Miqrasiya
və Demoqrafiya Komitəsidir. Və siz də yaxşı bilirsiniz ki,
dünyada oln qaçqınların 80%-ə yaxını məcburi köçkünlərdir.
Ancaq nədənsə hələdə BMT QAK-ın görünndüyü kimi adıda,
strukturuda qaçqınlarla əlaqədar olaraq qalır. Konvensiyalar,
beynəlxalq
hüquq və normalar da hamısı qaçqınlara aitdir. Mənə elə
gəlir ki, artıq beynəlxalq aləmdə məcburi köçkünlərin
problemləridə məcburi köçkünlərin problemləri də məhz
beynəlxalq hüquq normalarına uyğun tənzimlənməlidr.
Bir daha mən Azərbaycan hökuməti,
bir milyon qaçqın və məcburi
köçkün adından cənab sədr Sizə, hörmətli Komitə üzvləri
Sizin hamınıza belə bir vacib konfransı işğala mə'ruz qalmış
Azərbaycanda keçirdiyiniz üçün dərin təşəkkürümü bildirirəm.
Biz ümid edirik ki, Avropa Şurası, onun qurumları demokratik
prinsiplərə əsaslanaraq bu problemin həllində səy'lərini
əsirgəməyəcəklər.
Diqqətinizə görə təşəkkür
edirəm.
|