free web hosting | free hosting | Business Hosting Services | Free Website Submission | shopping cart | Promoter Online | php hosting
affordable web hosting Pets web page hosting web hosting website hosting web hosting service web hosting web host




















 




Qaçqinlar və Məcburi Köçkünlər problemi

Ölkə daxilində məcburi köçkünlər

Məlum olduğu kimi, 1992-1993-cü illərdə Azərbaycan ərazisinin 20 faizinin işğal olunması ilə respublikada vəziyyət daha da ağırlaşdı, ölkə daxilində 700 000 məcburi köçkünlər ordusu yarandı.

Təcavüzə məruz qalmış respublikanın rəhbərliyi vəziyyəti düzəltmək üçün bir sıra təcili qərarlar qəbul etdi.

Hərbi münaqişə rayonlarının əhalisini başqa rayonlarda yerləşdirmək üçün, Bərdə və İmişli rayonlarında xüsusi ştablar yaradıldı, qaçqınlara birdəfəlik müavinət və yemək pulu, işləyənlərə üç aylıq əmək haqqı verildi. Hazırda, Respublika hökumətinin qərarı ilə məcburi köçkün ailələrinin hər bir üzvü ayda minimum əmək haqqı məbləğində (5,5 min man.) müavinət alır.

Bununla belə, məcburi köçkünlərin mənzillə təminatı bu günəcən ciddi problem kimi qalır: onların 92 min nəfəri çadırlarda, 60 min nəfəri primitiv yeraltı qazmalarda, 50 min nəfəri sanatoriya, pansionat və turbazalarda, 40 min nəfəri fəhlə və tələbə yataqxanalarında, 10 min nəfəri vaqonlarda, bir çoxu idarə, bağça, məktəb və ali məktəb binalarında, qohum vətanış evlərində qalırlar.

Məcburi köçkünlərin çox mühüm bir problemi də onların yemək və məcburi ləvazimatın, müavinət, pensiya və kompensasiyanın vaxtında verilməsi, uşaqların təhsilə cəlb edilməsi, tibbi xidmət, humanitar yardımın paylanılması və işə düzəltmədir.

Respublika hökumətinin gördüyü tədbirlərə bazmayaraq, bu problemlərin həlli bir də ona görə çətindir ki, məcburi köçkünlər 67 rayonda yerləşdirilmişdir, onların 60 faizi öz əmək qabliyyətlərini göstərə bilmədiyi üçün böyük şəhərlərdə sığınacaq tapmışdır. Hazırda məcburi köçkünlərin 70 faizi iş tapa bilməmişdir.

Bundan başqa, xammal və material olmadığı üçün sənaye müəsisələlərinin yarısı işləmir. Digər tərəfdən, milli pulun infilyasiyası və bəzi qonşu ölkələrin iqtisadi blokadası da əhalinin həyat səviyyəsinə təsir etmişdir.

Azərbaycan xalqı, təmənnasız yardım və müdafiyə üçün bütün dünya ictimaiyyətinə, o cümlədən, ilk növbədə BMT QİAK-ın rəhbərliyinə minnətdarlığını bildirir və təşəkkür edir.

Xalqımız ümüd edir ki, qaçqın və köçkünlərimiz öz doğma yerlərinə qayıdana qədər beynəlxalq təşkilatlar öz yardımını göstərəcəkdir.

:Eyni zamanda, ümid edirik ki, erməni silahlı dəstələrinin təcavüzü nəticəsində bədbəxt vəziyyətə düşmüş ölkədaxili məcburi köçkünlərə dəymiş maddi zərərərin ödənilməsi məsələsi beynəlxalq təşkilatların köməyi ilə həll olunacaqdır.

İstərdik ki, regionlararası konfranslarda “qaçqın” və “məcburi köçkün” terminləri ətrafında müzakirə davam etsin.

Respublikamızda yaşayış yerlərini dəyişmiş adamların 70 faizi həyatlarından qorxaraq ölkə daxilində məcburi köçkün olmuş adamlardır. Onlar illərlə düzəltdikləri ev-eşiklərindən məhrum olmuşlar, hazırda çox yoxsul vəziyyətdə yaşayırlar.

Qaçqınlar

Hazırda Azərbaycanda 238 min qaçqın, o cümlədən Ermənistandan gəlmiş 185 min azəri Mərkəzi Asiya və Qazaxıstandan gəlmiş 48 min məhsəti türkü Rusiya Federasiyasından gəlmiş 5 min qaçqın vardır.

Respublikaya bu qədər sayda qaçqının gəlməsinə səbəb erməni-azərbaycanlı münaqişəsidir.

1988-ci ildən başlayaraq respublikada baş verən demokratik prosseslər və iqtisadi çətinliklərlə yanaşı Azərbaycan həm də qaçqınlar problemini həll etməli olmuşdur.

20 fevral 1990-cı ildə Respublika Nazirlər Kabineti Daimi Yaşayış Yerlərini Tərk Etmiş Şəxslərlə İş üzrə Azərbaycan Respublikası Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq etmiş 29 sentyabr 1992-ci ildə isə Azərbaycan Respublikası Milli Məclisi Qaçqın və məcburi köçkünlərin statusu haqqında qanun qəbul etmişdir.

Nazirlər Kabinetinin müvafiq şöbəsi və Respublika humanitar və texniki yardım komissiyasının yeni yaradılmış işçi qrupu qaçqınların problemi ilə məşğuldur.

Hazırda qaçqınlarla iş, əsasən, mənzil, iş, qanunla verilən güzəşt- lər, humanitar yardımın bölüşdürülməsi, yeni yaşayış masivlərinin ti-kilməsi, tibbi yardım və s. istiqamətdə gedir.

Respublka hökuməti bu tədbirlərin həyata keçirilməsinə çoxlu vəsait sərf edir.

Qeyd etmək lazımdır ki, müharibəyə cəlb olunmuş və iqtisadi bloka-daya məruz qalmış respublika, qaçqınların və məcburi köçkünlərin prob-lemlərini həll edərkən bgyük çətinliklərlə rastlaşır.

Bu günə kimi 50 min adam ictimai binalarda, yataqxanalarda, qışlaq-larda yaşayır. Maddi vəsaitin, xammal və inşaat materiallarının çatış-maması üzündən qaçqınlar üçün mənzil tikintisi faktiki dayanmışdır.

Göstərilən səbəblərdən respublikanın istehsal potensialı azal-mışdır, boş iş yerləri yoxdur və yeniləri yadılmır. Ona görə də qaçqın-ların 20 faizi ictima faydalı əməyə cəlb edilməmişdir.

Ermənistandan gəlmiş qaçqınlar, onlara dəymiş mənəvi zərbənin üs-tündən sükutla keçərək, maddi zərərin tezliklə ödənməsini gözləyirlər. Onların əsas arzu və tələbləri tezliklə iki xalq arasında münasibətlərin yoluna qoyulması, qaçqınların öz yerlərinə qayıtması və təhlükəsiz yaşayı-şın təmin edilməsidir. Onlar BMT və digər beynəlxalq təşkilatların həlledici qərarlarına ümid bəsləyirlər.

Qeyd etmək istəyirik ki, yaranmış vəziyyətlə Respublikaya Türkiyə, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Fransa, İngiltərə və s. ölkələr kömək göstərmiş və göstərməkdədirlər.

Hazırda Azərbaycanda beynəlxalq humanitar təşkilatların 30-dan çox nümayəndəliyi fəaliyyət göstərir. Səmərəli işlərinə görə onlara təşəkkür edirik. Onların arasında nüfuzlu beynəlxalq təşkilat olan BMT QİAK, BQXQA cəmiyyəti, Beynəlxalq İslam Nicat Təşkilatı, ''Sərhədsiz həkimlər'' assosiasiyası və başqaları vardır.

1995-ci ilin yanvar ayında Azərbaycanda olmuş BMT missiyası müəyyən etmişdir ki, respublikada 3,5 mln. adam (ölkə əhalisinin yarısı), o cümlədən qaçqın və məcburi köçkünlər çox ağır maddi həyat şəraitində yaşayırlar və humanitar yardıma ehtiyacları vardır.

Elə bilirik ki, beynəlxalq humanitar təşkilatlar və dünya birliyi ölkələri keçmiş SSRİ respublikaları arasında birincilər sırasında BMT Konvensiyasına və qaçqınların statusu haqqında Protokola qoşulmuş (8 dekabr 1992) Azərbaycan Respublikasına mümkün olan hər bir köməyi göstərəcəklər.

Ümid edirik ki, bir gün Azərbaycan köməyə ehtiyacı olan ölkədən köməkçi-donor ölkəyə çevriləcəkdir.

Məcburi köçkünlərin çox mühüm bir problemi də onlara yemək və vacib ləvazimatın, müavinət, pensiya və kompensasiyanın vaxtında verilməsi, uşaqların təhsilə cəlb edilməsi, tibbi xidmət, humanitar yardımın paylanması və işədüzəltmədir.

Respublika hökumətinin gördüyü tədbirlərə baxmayaraq, bu problemlərin həlli bir də ona görə çətindir ki, məcburi köçkünlər 67 rayonda yerləşdirilmişdir, onların 60 faizi öz əmək qabiliyyətlərini göstərə bilmədiyi böyük şəhərlərdə sığınacaq tapmışdır. Hazırda məcburi köçkünlərin 70 faizi iş tapa bilməmişdir.

Bundan başqa, xammal və material olmadığı üçün sənaye müəsisələrinin yarısı işləmir. Digər tərəfdən, milli pulun infilyasiyası və bəzi qonşu ölkələrin iqtisadi blokadası da əhalinin həyat səviyyəsinə təsir etmişdir.

Azərbaycan xalqı, təmənnasız yardım və müdafiə üçün bütün dünya ictimaiyyətinə, o cümlədən, ilk növbədə BMT QİAK-nın rəhbərliyinə minnətdarlığını bildirir və təşəkkür edir.

Xalqımız ümid edir ki, qaçqın və köçkünlərimiz öz doğma yerlərinə qayıdana qədər beynəlxalq təşkilatlar öz yardımını göstərəcəkdir.

Eyni zamanda, ümid edirik ki, erməni silahlı dəstələrinin təcavüzü nəticəsində bədbəxt vəziyyətə düşmüş ölkədaxili məcburi köçkünlərə dəymiş maddi zərərin ödənilməsi məsələsi beynəlxalq təşkilatların köməyi ilə həll olunacaqdır.

İstərdik ki, regionlararası konfranslarda ''qaçqın'' və ''məcburi köçkün'' terminləri ətrafında müzakirə davam etsin.

Respublikamızda yaşayan yerlərini dəyişmiş adamların 70 faizi həyatlarından qorxaraq ölkə daxilində məcburi köçkün olmuş adamlardır. Onlar illərlə düzəltdikləri ev-eşiklərindən məhrum olmuşdur, hazırda çox yoxsul vəziyyətdə yaşayırlar.

Deportasiya olunmuş xalqlar.

Qeydetməklazımdır ki, əvvəllər deportasiya edilmiş xalqların öz yerlərinə qayıtması xüsusi diqqət tələb edən mühüm problemdir.

Bununla belə, ümid etmək istərdik ki, hər iki xalqın razılığı və anlaşması nəticəsində artıq bizim dövrdə, 1988-1989-cu illərdə qaçqın düşmüş azərbaycanlılar öz yurdlarına qaytarılacaqlar.

Deportasiyaya məruz qalmış başqa bir xalq, 1990-cı ildə Azərbaycanda sığınacaq tapmış məshəti türkləridir. Bunlar vaxtilə Orta Asiyada yaşamış, sonralar Gürcüstandan qovuşmuş 48 min məshəti türkdür.

Hazırda Gürcüstan və Azərbaycan hökumətləri arasında onların öz doğma yerlərinə qaytarılması haqqında danışıqlar gedir.

Belə hesab edirik ki, beynəlxalq təşkilatlar, o cümlədən, BMT kimi nüfuzlu təşkilat deportasiya edilmiş bütün xalqların öz tarixi yerlərinə qaytarılmasına çalışacaq, bundan sonra belə antihumanist aktlara yol verilməyəcyk, insan hüquqlarının beynəlxalq normaları pozulmayacaqdır.

 

Content AKTAM
Support AzInternetLinks
Azeri fonts
Russian English