free web hosting | free website | Business Web Hosting | Free Website Submission | shopping cart | php hosting

Sign up for a web hosting account at 741.com




















 




İşğal olunmuş rayonlar haqqında qısa məlumat.

Ağdam

Ağdam rayonu Azərbay'an respublikasında inzibati rayondur .1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal- şərq ətəklərində , Kür - Araz ovalığının qərbindədir. Sahəsi 1094 km2, əhalisi 101.6 min nəfərdir. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir.

Ağdam rayonunun relyefi,əsasən,düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən alçalır.Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çın-qıl, qum) yataqları var. İqlimi, əsasən mülayim isti və quraq subtropikdir.

Əhalisinin orta sıxlığı 1km2-də 92.9 nəfərdir. Kənd əhalisi 78.2 -dir. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir.

Ağdam rayonu yeni yaradılmış olan ağır,yeyinti ,yüngül sənaye və inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur.

Ağdam rayonu ərazisindən Yevlax - Laçın - Naxçıvan , Ağdərə - Füzuli magistral şose yolları keçir.

Rayonda 34 uşaq bağçası və körpə evi var idi. 89 ümumtəşsil məktəbində (16 ibtidai, 36 səkkiz illik, 37 orta) 30 086; 4 fəhlə gənclər; 1 qiyabi orta; 2 kəndli gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində (k.t, k.t-nın mexanikləşdirmə və elektrikləşdiril-məsi texnikumları, musiqi və tibb məktəbləri ) 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi.

Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr ) rayonun ən qədim memarlıq abidələridir. Papravənd kəndində 18-ci əsrə aid 2 türbə , məscid və s. var

 

Content AKTAM
Support AzInternetLinks
Azeri fonts
Russian English