|
Azərbaycanda inzibati rayon, 1930-cu ildə təşkil edilmişdir.
Sahəsi 1050 km2, əhalisi 45,8 min nəfər. Rayonda 1
şəhər, 77 kənd və qəsəbə var. Mərkəzi Cəbrayıl şəhəridir.
Səthi, əsasən, maili düzənlik, şimalda alçaq dağlıqdır.
Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və qismən
Antropogen çöküntüləri yayılmışdır. İqlimi ərazinin cənub
hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və
quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim-istidir.
Orta temperatur yanvarda 0-2oS, iyulda 24-25oS-dir. İllik yağıntı
400-500 mm. Çayları qısa və müvəqqəti axarlıdır; r-nun
İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Dağ-şabalıdı,
şabalıdı və qəhvəyi dağ meşə torpaqları yayılmışdır.
Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr
var. Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və
s.
Orta sıxlıq 1 km2-də 43,6 nəfərdir. İri yaşayış məntəqələri
Cəbrayıl şəhəri, Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand
kəndləridir.
İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq
əsas yer tutur. 14 kolxoz və 7 sovxoz var. Meyvə yetişdirilir.
Heyvandarlıq inkişaf etdirilir. Kökəltmə birliyi yaradılmışdır.
Quşçuluq və baramaçılıqla məşğul olunur. Üzüm e_malı
və çörək zavodları, kənd təsərrüfatı texnikası tə_miri
müəssisəsi, elektrik şəbəkəsi, xalça emalatxanası və s.
varidi.
Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana
varidi.
Me_marlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi
hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr(19
əsr), Şıxlar kəndində dairəvi türbə(14 əsr), Xudafərin
körpüsü və s. mühafizə olunmuşdur.
|