|
Azərbaycan inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. Sahəsi
1386 km2, əhalisi 80,2 min. Rayonda 1 şəhər, 1 şəhər
tipli qəsəbə, 71 kənd və qəsəbə var. Mərkəzi Fizuli şəhəridir.
Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik,
qərbdə alçaq dağlıqdır. Əsasən, Neogen çöküntüləri
yayılmışdır. İqlimi şərq hissədə yayı quraq keçən mülayim-isti
yarımsəhra və quru çöl, qərb hissədə yayı quraq keçən
mülayim istidir. Orta temperatur yanvarda 0,1oS, iyulda
24-25 oS-dir. İllik yağıntı 400-600 mm. Çayları
(Köndələnçay, Quruçay, Qozluçay) r-nun İranla sərhədindən
axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı
və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi və
s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən, yarımsəhra tiplidir.
Heyvanları: oxlu kirpi, qumsiçanı, tarla siçanı və s. Quşlardan
turac, qırqovul, göyərçin və s. var.
Orta sıxlıq 1 km2-də 58 nəfərdir.
Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər
tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir.
Füzuli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Əsas
sahələri üzümçülük, taxılçılıq və heyvandarlıqdır.
15 kolxoz, 26 sovxoz varidi. Rayonda su anbarları yaradılmış,
suvarma kanalları yapadılmışdır. Qaramal kökəltmə və qoyunçuluq
birlikləri yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul
olunur.
Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı,
17 kinoqurğu fəaliyyət göstərirdi.
Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi,
Mirəli türbəsi, Şəhərdə Hacı Ələkbər məscidi (19 əsr),
Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi(1682), karvansara(1684),
türbə(18 əsr) və s. qalmışdır.
|