|
Kəlbəcər rayonu 1930-cu ildə
təşkil edilmişdir. Sahəsi 1936 km2,
əhalisi 40,3 min nəfər idi. Rayon ərazisini
1 şəhər, 1 şəhər tipli qəsəbə
122 kənd təşkil edirdi. Mərkəzi Kəlbəcər
şəhəri idi. Rayonda 2 məktəbəqədər
müəssisədə 70 uşaq tərbiyə olunur,
8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə
12 min, yeddiillik musiqi məktəbində 125 şagird
təhsil almışdır. Rayonda 9 mədəniyyət
evi, 27 klub,55 kitabxana, 17 kinoteatr fəaliyyət göstərirdi.
Memarlıq abidələrindən
Tərtər çayının başlanğıcındakı
XIII-XVIII əsrlərin yadigarı olan Xotavəng
məbədi qalmışdır.
Səthi dağlıqdır, Murovdağ,
Şahdağ, Şərqi Sevan, Mıxtökən,
Qarabağ silsilələrinin və Qarabağ yaylasının
bir hissəsini təşkil edir. Ən yüksək
zirvələri hündürlüyü 3724 m olan
Gamış dağları və 3616 m olan Dəlidağdır.
Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə,
vulkanogen-çökmə və vulkanik süxurları
yayılmışdır. Faydalı qazıntıları:
civə (Şorbulaq, Ağyataq), mineral sular (İstisu,
Bağırsaq), tikinti materialları və s. ibarətdir.
Ərazisinin çox hissəsində qışı
quraq keçən soyuq və dağlıq tundra iqlimi
tipləri hakimdir. Ən böyük çayı
Tərtər və onun qolları - Lev çayı,
Tutqunçay və s. dir. Bazarçay isə Kəlbəcər
rayonunun ərazisindən başlanır. Ala göllər
və Zalxa gölü də rayonun ərazisində
yerləşir. Əsasən çimli dağ-çəmən
və qonur dağ-meşə torpaqları yayılmışdır.
Rayonun mərkəzində və şimal hissəsində
enliyarpaqlı meşələr (palıd,fısdıq,
vələs), meşə çöl bitkiləri,
yüksək və qismən orta dağlıqda alp
və subalp çəmənlikləri geniş yer
tutur. Meşələrin ümumi sahəsi 28,2 min
ha-dır. Təbiəti qayakeçisi, qonur ayı,
çöldonuzu, daşlıq dələsi, ular,
qartal kimi heyvan və quşlarla zəngindir. Azərbaycan
Kəlbəcər Rayon Komitəsi və Rayon Xalq
Deputatları Sovetinin orqanı "Yenilik" qəzeti
1934 ildən çıxır (1965 ilədək
"Qızıl maldar"adı ilə nəşir
olunmuşdur). Yerli radio verilişləri redaksiyası
1965 ildən fəaliyət göstərir . Rayonda
televiziya verilişlərinə baxırlar. Rayonda
300 çarpayılıq 7 xəstaxana 25 feldşer-mama
məntəqəsi sanitariya epidemioloci ,49 həkim
,205 orta tibb işçisi var.
KƏLBƏJƏR
-QUBADLI İQTİSADİ RAYONU
Reliyefi əsəsən dağlıqdır.
Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da
Murov dağ, ş-də Qarabağ silsilələri
ilə əhatələnir. Rayonun qalan hissəsini
Qarabağ yaylası tutur. Mərkəzi hissədə
Mıxtökən silsiləsi uzanır.Jənub
.ş hissəsi Araz çayı dərəsinə
tərəf alçalaraq düzənliklərə
keçir.
|