|
Qubadlı rayonu 1933-cü ildə təşkil
olunmuşdur. 1963-cü ildə ləğv edilərək
ərazisi Zəngilan rayon uilə birləşdirilmişdir.
1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.
802 km2. ərazisi olan bu dağ
rayonunun mərkəzi Qubadlı şəhəridir.
Bərgüşad çayının hər iki sahilində
yerləşən Qubadlı şəhərinin əhalisi
5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi
94 kənd və bir şəhərdə məskunlaşırdı.
Rayonun əhalisi əsasən kənd təsərrüfatı
və heyvandarlıqla məşğul olmuşdur.
33629 hektar kənd təsərrüfatına
yararlı torpaqları vardı Qubadlının.13958
hektarı əkinə yararlı hesab olunurdu. 1365 hektar
sahədə çoxillik bitkilər əkilirdi.18,6
min hektar otlaqların 0,6 hektarını biçənəklər
təşkil edirdi. 4825 hektar sahədə suvarma işləri
aparılırdı.850 hektar çoxillik əkmələr
sahəsi mövcud idi ki, bunun da114 hektarını
bağlar, 468 hektarını üzümlüklər
təşkil edirdi. Tut bağlarının ümumi
sahəsi 268 hektar idi. 543 hektar həyətyanı
torpaq sahələrinin payına düşürdü.
Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275
hektarı yol, tikinti və s. altında qalan torpaqlar
idi.13,2 min hektar təbii meşə sahəsi var idi.1969-cu
ildən həmin sahədə Dövlət yasaqlığı
yaradılmışdı.
Bakıdan 401 km-lik məsafədə
yerləşən Qubadlı rayonunun Ermənistanla
120, Dağlıq Qarabağın Hadrut rayonu( hal-hazırda
bu inzibati rayon ləğv olunub) ilə 42 km-lik sərhəd
zolağı vardı. Eyni zamanda Laçın, Jəbrayıl
və Zəngilan rayonları ilə həmsərhəd
olan Qubadlının iqtisadiyyatının əsasını
işğala qədər taxılçılıq,
heyvandarlıq, tütünçülük, baramaçılıq
və üzümçülük təşkil etmişdir.31
süd-əmtəə ferması mövcud olmuşdur
ki, onun da 27-si tam mexanikləşdirilmiş vəziyyətdə
idi. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət
göstərirdi. Süd-əmtəə fermalarının
məhsulları Yağ-pendir zavodunda emal olunurdu.
Tam gücü ilə işləyən
asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda
qonşu rayonlara da xidmət edirdi.İnkubator-quşçuluq
fabriki və balıqyetişdirmə vətəgəsi
rayon əhalisini ət və balıq məhsullarıyla
təmin edirdi.Daş karxanası və mərmər
sexi əhalinin tələbatını əsaslı
şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat"
təcrübə zavodunun rayonda yaradılmış
filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə,
Qubadlı rayonunda 62 idarə və müəssisə
fəaliyyət göstərirdi.
İşğala qədər Qubadlı
rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb
fəaliyyət göstərirdi. Bundan əlavə
bir əyani-qiyabi, bir orta texniki peşə və iki
musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində
xüsusi rol oynayırdı. Məktəbəqədər
müəssisələrin sayı 7 idi.Bu təlim-tərbiyə
və təhsil müəssisələrində 1280
nəfər müəllim çalışırdı.
Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər
məktəbəqədər müəssisələrdə
çalışırdı. 5852 nəfər şagird
ümumtəhsil məktəblərində təhsil
alırdı. Məktəbəqədər müəssisələrdə
272 azyaşlı tərbiyə olunurdu.
Qubadlıda 111 mədəni-maarif
müəssisəsi, o cümlədən 60 kitabxana,
10 mədəniyyət evi və 28 klab xalqa xidmət
edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23
kino qurğusundan istifadə olunurdu. 125 ticarət ,
96 iaşə obyekti qubadlılara mədəni xidmət
göstərirdi. 25 məişət xidməti müəssisəsi
tam gücüylə işləyirdi.
Qubadlı rayonunda 21 rabitə müəssisəsi
var idi. 8 avtomat stansiyası quraşdırılmışdı.
1950 nömrəlik həmin stansiyalar gecə-gündüz
xalqın xidmətində idi.
Rayonun 33 səhiyyə müəssisəsində
56 həkim və 511 orta tibb işçisi fəaliyyət
göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası,
54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin
sağlamlığı keşiyində dururdu. Rayon
gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya
şöbəsi yüksək səviyyədə
iş aparırdı.
Qubadlı rayon Tarix-diyarşünaslıq
muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı.
Bütün bunlardan əlavə,
aşağıda göstərilənlər də
erməni işğalçıları tərəfindən
qarət olunmuşdur :
- Taxıl məhsulu -7352 ton
- Tütün məhsulu - 1556 ton
- Bostan məhsulu - 80 ton
- Kartof - 104 ton
- Çuğundur - 30 ton
- Yem məhsulları - 6670 ton
- İribuynuzlu mal-qara - 7160 baş
- Xırda buynuzlu davar - 27231 baş
- Traktorlar - 234 ədəd
- Avtomaşınlar - 100 ədəd
- Taxılyığan kombaynlar - 62 ədəd
- Süfrə üzüm şərabı xammalı
- 130 min dekalitr
- Barama məhsulu - 14,4 ton
Eyni zamanda binalar, qurğular, çoxillik
əkmələr, texnikalar, inventar və ehtiyat hissələri,
neft məhsulları da buraya daxildir.
4-cü əsrə aid "Gavur dərəsi"ndəki
ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı"
və "Göyqala" abidələri, 14-cü
əsrdə tikilmiş "Dəmirçilər
Türbəsi", Hacı Bədəl körpüsü,
Laləzar körpüsü, eləcə də Əyin,
Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki
digər tarixi abidələr də işğal zonasında
qalmışdır.
QUBADLI RAYONUNUN TƏBİƏTİ
Rayonun səthi, əsasən, dağlıqdır.
Ərazisi Qarabağ silsiləsinin cənub- qərb
(Topağac dağı-2010 m, Pirdağ-1316 m), Bərgüşad
silsiləsinin şərq (Qartız dağı- 1277
m) və Qarabağyaylasının cənub-şərq
(Qurbantəpə dağı - 1075 m) hissəsinə
daxildir. Qarabağ yaylasının cənub-şərq
qurtaracağı olan Yazı düzü ( Bazarçay
və Həkəri çayı arasında) ərazidə
450 m-dək alçalır. Ərazidə Qarabağ
silsiləsi maili və dalğalı
İncə düzünə keçir .Yura-Antropogen
çöküntüləri yayılmışdır.
Əqiq yatağı var.İqlimi əsasən mülayim
isti və quru subtropikdir. Orta tempratur yanvarda düzən
yerlərdə 1 dərəcədən dağlıq
yerlərdə - 4 dərəcəyə qədər,
iyulda müvafiq olaraq 26 və 14 dərəcədir.
İllik yağıntı 400-600 mm-dir. Çayları
Bazarçay, Həkəri və onların qollarıdır(
Kiçik Həkəri, Meydandərəsi və s
); bunlardan suvarmada istifadə edilir.Rayonda , əsasən,
qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Əsas bitki örtüyü kollu və seyrək
meşəli çəmənlərdir .Dağ meşələri
(fıstıq, palıd, vələs və s ) var.Meşələrin
sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar,
vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu
kirpi və s-dir.Quşlardan boz kəklik, turac, qırqovul,
göyərçin və s. var.Rayonda Qubadlı yasaqlığı
təşkil edilib.
KƏLBƏJƏR
-QUBADLI İQTİSADİ RAYONU
Reliyefi əsəsən dağlıqdır.
Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da
Murov dağ, ş-də Qarabağ silsilələri
ilə əhatələnir. Rayonun qalan hissəsini
Qarabağ yaylası tutur. Mərkəzi hissədə
Mıxtökən silsiləsi uzanır. Cənub .ş
hissəsi Araz çayı dərəsinə tərəf
alçalaraq düzənliklərə keçir.
|