|
Laçın
rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon
qərbdən Ermənistan ilə həmsərhəddir.
Sahəsi 1835 km2 , əhalisi 51 mindir. Rayonda
1 şəhər, 120 kənd var. Mərkəzi Laçın
şəhəridir.
Təbiət. Səthi dağlıqdır.
Rayonun şərqində Qarabağ yamacları, şimalında
Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb
hissəsini Qarabağ yaylası tutur. Rayonun ən
hündür nöqtəsi Qızılboğaz dağıdır
(3594m). Rayonda yura-antropogen çöküntüləri
yaylmışdır. Faydalı qazıntıları:
müxtəlif tikinti materialları və s. Narzan tipli
mineral bulaqlar var. Ərazinin çox yerində qışı
quraq keçən mülayim-isti və soyuq iqlim üstündür.
Orta temperatur yanvarda 0-dan-100C-yə dək,
iyunda 10-220C-dir. İllik yağıntı
600-900 mm. Rayonun əsas çayı Həkəridir.
Əsasən,çimli dağ-çəmən,qəhvəyi
dağ-meşə və karbonatlı dağ-qara torpaqları
yayılmışdır. Bitki örtüyü və
seyrək-meşəli çəmənliklərdən,enliyarpaqlı
dağ meşələrindən(palıd,vələs,fıstıq),
subalp və alpçəmənliklərindən ibarətdir.
Alçaq dağlıq yerlərdə seyrək ardıc
meşələri var. Meşələrin ümumi
sahəsi 33,3min ha-dır. Heyvanları: qayakeçisi,cüyür,çöldonuzu,sincab,süleysin,çölsiçanı
və s. Rayonun yasaqlığı (Laçın yasaqlığı)
var.
Əhali . Orta sıxlıq 1km2-da
27,8 nəfərdir (1981). Ən iri yaşayış
məntəqəsi Laçın şəhəridir.
Təsərrüfatı. İqtisadiyyatında
heyvvandalıq əsas yer tutur. 23 sovxoz var idi(1981).
Kənd təsərrüfatına yararlı torpaqlar
76 min ha-dır (1980); bunun 11,1 min ha-ı şum yeri,
0,3 min ha-ı çoxillik bitkilər, 2,7 min ha-ı
dincə qoyulmuş torpaqlar, 5,2 min ha-ı biçənəklər,
56,7 min ha-ı otlaqlardır. 10 min ha əkin sahəsinin
33%-də dənli və dənli paxlalı bitkilər,
67%-də yem bitkiləri əkilir (1981). 46,2 min qara
mal (o, cümlədən 14,9 min inək və camış),
205,9 min davar var idi(1981). Kökəltmə birliyi yaradılmışdır.
R-da yağ-pendir, məişət xidməti kombinatları,
afsalt-beton, çörək, süd zavodları, Respublikanın
Dövlət K.T. İstehsal - Texniki Təminat Komitəsinin
şöbəsi, meşə təsərrüfatı
var idi. Nəqlyyat. avtomobil yolları ilədir. Yevlax-Naxcıvan
avtomobil yolu rayonun ərazisindən keçir.
Mədəni quruculuq və səhiyyə. Rayonda məktəbəqədər
müəssisədə 93 uşaq tərbiyə olunurdu.
17 ibtidai, 36 səkkizillik, 36 orta maktəbdə 14400,həmçinin
1 kənd məktəbində252 şagird təhsil alırdı.
Rayonda 54 klub müçssisəsi, 67 kitabxana (310 min
kitab) 34 kinoqurğu fəaliyyət göstərirdi.
Me'marlıq abidələrindən Hocaz k-də mağara
- mə'bəd ,cimcimli k-ndə Məlikəcdər
türbəsi, Zeyvə k-də Kafir qalası, Sultan
Baba türbəsi,Şeyx Əhiməd türbəsi,
Qırışqıraq k-də məsçid,Hüsürlü
k-də Həmzə Sultan sarayı, Həkri çayı
üzərində körpü, Ağoğlan çayı
üzərində məbəd, Güləbird k-də
türbə qalmışdır. Rayonda 470 çarpayılıq
13 xəstəxana, 30 feldşer -mama məntəqəsi,
sanitariya-epidemoloci st., 52 həkim, 287 orta tibb işçisi
var idi.
|