|
Şuşa qəzası
Çar hökümətinin Qafqazda 1840-cı il
10 aprel tarixli inzibati islahatına əsasən Kaspi
vil-nin tərkibində yaradılmışdır.
(1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl,
Zəngəzur qəzaları qəzaları ilə
həmsərhəd idi. Mərkəzi Şuşa idi.
1846 ildən Bakı, 1867 ildən isə Yelizavetpol
qub.-na daxil edilmişdi. Ş.q. Mığri, Kəbirli,
Zəngəzur, Cavanşir, Cələbürd, Vərəndə
məntəqələrinə bölünürdü.
1867 il dekabr tarixli fərmana əsasən, Zəngəzur
və Cavanşir məntəqələri Ş.q.-ndan
ayrılıb müstəqil qəzalara çevrildilər.
Qəzanı qəza rəisi, onun müavini, xəzinədar,
məntəqə iclasçıları və şəhər
polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı.
Sah. 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur
(1897). Təsərüfatında əkinçilik,
maldarlıq, ipkçilik, üzümçülük,
bağçılıq əsas yer tuturdu. Toxuculuq
(xalça, ip, mahud və s.) geniş yayılmışdı.
Şuşa rayonu
1930-cu ildə təşkil edilmişdir. 1963-cü
ildə ləğv edilərək ərazisi Stepanakert
rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş,
1965-ci ildə yenidən müstəqil r-n olmuşdur.
Sahəsi. 289 km2. Əhalisi 19,0 min (1987, 1
yanvar). Mərkəzi Şuşa şəhəridir.
Rayonda 1 şəhər, 30 kənd və başqa
yaşayış məntəqəsi var.
Təbiəti.
Səthi dağlıqdır (Qarabağ silsiləsi).
Ən yüksək zirvəsi Böyük Kirs d.-dir.
(2725 m). Keçəldağ aşırımı
Ş.r.-ndadır. Əsasən, Yura və Tabaşir
çöküntüləri yayılmışdır.
Müxtəlif nov tikinti materialı yataqları və
mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin
əksər hissəsi qışı quraq keçən
mülayim -isti və qışı quraq keçən
soyuq iqlim tiplərinə aiddir. Orta tempatur yanvarda -
4-dən -10 C-yə qədər, iyulda 16-190C-dir.
İllik yağıntı 700-800 mm . Rayondan Qarqar çayı
axır. Torpaqları, əsasən, qəhvəyi
dağ-meşə, qonur dağ-meşə, çimli
dağ-çəməndir. Ərazinin 20% -ə qədəri
meşədir (fıstıq və s.). Yüksək
dağlıq sahələr subalp və alp çəmənləri
ilə örtülüdür. Alçaq dağlıq
və dağətəyi sahələrdə qırılmış
meşəlirin yerində çəmənlər
və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar,
tülkü, boz dovşan, cüyür və s. Quşlardan
kəklik, göyərçin var.
Əhali.
Orta sıxlığı 1 km2 -də 63,3
nəfərdir. İri yaşayış məntəqələri
Şuşa ş. , Malıbəyli və Daşaltı
kəndləridir.
Təsərrüfat.
Rayonun iqtisadiyyatında heyvəndarlıq əsas
yer tutur. 5 s-z var. Kənd təsərrüfatına
yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min
ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər,
0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı
otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha – dır. 3,4
min ha əkin mahəsinin 41% -ə dənli və dənli
– paxlalı bitkilər (buğda, arpa, qarğıdalı),
6 % -ində tərəvəz-bostan bitkiləri və
kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə
məşğul olunur. 5,2 min qara- mal, 15,2 min davar
var (1986). Quşçuluqla məşğul olunur.
Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı,
çörəkbişirmə müəssisəsi,
Bakı "Radioqayırma" birliyinin 1 ¹ - li istehsalı,
Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi,
k.t. texnikası təmiri müəssisəsi və
s. var. Kurort təsərüfatı inkişaf etmişdir.Yevlax-Naxcıvan
avtomobil yolu və qaz kəməri Ş. r.-ndan keçir.
|