|
Zəngilan Rayonu - Azərbaycanda inzibati rayon. 1930-cu
ildə təşkil edilmişdir. Qövə şm
qərbdən Ermənistan,C.və C.-q.-dən İranla
həmsərhəddir. Sahəsi 707 km2. Əşalisi-35
minə yaxındır. Mərkəzi Zəngilan şəhəridir.
Rayonda 1şəhər, 1 şəhər tipli qəsəbə,
83 kənd və qəsəbə var.
Təbiəti. Rayonun
ərazisi orta və alçaq dağlıq sahədə
yerləşir. Mürəkkəb və parçalanmış
səth qurluşuna malikdir. Şm.-q.-dən əraziyə
daxil olan Bərgüşad silsiləsi (Süsən
dağı,1304m) alçalaraq Bazarçayla oxçu
çayı arasında Ağoyuq maili düzünü
(hündürlüyü 400-600m) əmələ gətirir.
Şm.-ş.də Qarabağ silsiləsinin Araz və
həkəri çaylarına tərəf açılan
yamacları təpəli Gəyan (Geyan) çölünə
keçir. Qərbdə
Mehri (Mehri-Güney) silsiləsinin ş. kənarı
(Bartaz dağı, 2270m) yerləşir. Yura, Tabaşir
və Neogen çöküntüləri yayılmışdır.
Faydalı qazıntıları: tikinti daşı,
əhəngxammalı, susuzlaşdırılmış
soda sohda istehsalı üçün əhəngdaşı.
Ərazinin çox yerində qışı quraq
keçən mülayim isti iqlim hakimdir.Orta temreratur
yanvarda 1oC, İyulda 25.3oC-dir. İllik
yağıntı 400-500 ii. Çayları (Həkəri,
Oxçu və s.) rayonun c.və ş. sərhəddindən
axan Araz hövzəsinə aiddir. Düzən və
dağ ətəyi sahədə dağ-şabalıdı,
dağ boz-qəhvəyi, dağlıq çahədə
qəhvəyi dağ-meşə, çay dərələrində
çimli-çəməntopaqları yayılmışdır.
Bitki örtüyündə çöl formasiyası
geniş yer tutur. Quru çöl, dağ kserofil bitkiləri,
kolluqlar, dağlıq hissədə enli yarpaqlı
meşələr (palıd,v ələs və s.).
Bəsitçayın dərəsində nadir çinarmeşəsi
(Bəsitçay qoruğu) var. Heyvanları: cüyür,
çol donuzu, ayı, tülkü və s.var.
Əhali. Orta sıxlıq
1 km2-də 40 nəfərdir (1979). İri
yaşayış məntəqələri Zəngilan
şəhəri, şəhər tirpli Mincivan qəsəbəsidir.
Təsərüfat.
Rayonun əsas təsərüfatı yzümçülük,
tütünçülük, heyvandarlıq və
taxılçılıqdır. Rayonda 5 kolxoz, 9 sovxoz
var idi(1979). Kənd təsərüfatına yararlı
torpaqları 33.0 min ha-dır (1978). Bunun 6.3 min ha-ı
şum yeri ,4.4 min ha-ı çoxillik bitkilər,2.7
min ha--ı dincə qoyulmuş torpaqar,0.3min ha-ı
biçənəklər,19.3 min ha-ı otlaqlardır.
Suvarılan torpaqlar 3.9 min ha -dır.5.4 min ha əkin
sah.-ni n 46%-ində dənli və dənli paşlalı
(əsasən buğda, arpa), 7%-ində texniki (tütün),
2%-ində tərəvəz-bostan bitkiləri və
kartof, 45%-ində isə yem bitkiləri əkilirdi(1978).
Tütünçülük və üzümçülük
inkişaf etdirilirdi Rayonda şərabçılıq
sənayesi istehsalat-aqrar birliyi yaradılmışdır.
Kolxoz və sovxozlarda 9.9 min-ha üzümlük var
idi. 1979 ildə 0.8 min t tütün, 6.6min t üzüm
istehsal edilmişdir. Kolxoz və sovxozlarda 7.3 min qaramal
(o cümlədən 1.7min inək və camış),
21,2 min davar var idi. (1979). Baramaçılıqlı
məşğul olunurdu. Rayonda savxoz-istehsalat birliyi,
Respublika dğvlət K.t.İstehsal-texniki Təminat
komitəsinin şöbəsi var idi. Meşə təsərüfatı
yaradılmışdır. Rayonun ərazisində
Bakı-Yeravan dəmir yolu (Mincivan-Qafan qol ayrılır),
İmişli -Laçın magistral şose yolu keçir.
|