free web hosting | website hosting | Web Hosting | Free Website Submission | shopping cart | Coaching Institute | php hosting
affordable web hosting Pets web page hosting web hosting website hosting web hosting service web hosting web host




















 




Layihə haqqinnda

İşqal olunmuş rayonlarından olan tələbə məcburi köçkünlər üçün İnternet və Web-dizaynın əsaslarını öyrənmək üçün kursların təşkili və kursları bitirənlərin iştirakı ilə bu işğal olunmuş rayonlar haqqında Azərbaycan, İngilis və Rus dillərində informasiya-sorğu xarakterli Web-saytların yaradılması

Problemin qoyuluşu.

Yaxşı məlumdur ki Azərbaycan-Ermənistan münaqişəsi nəticəsində Azərbaycan qaçqın və məcburi köçkünlərin müxtəlif sosial problemləri ilə üzləşib. Əsas problemlərdən biri təhsil problemidir, o cümlədən müasir informasiya texnologiyaların öyrənilməsi sahəsində.

AKTAM təşkilatı 1997-ci ildən qaçqın və məcburi köçkünlərin təhsil problemləri ilə (xüsusən informasiya texnologiyaları və ingilis dili sahəsində) bir neçə layihə yerinə yetirib. Təşkilatın təcrübəsi göstərir ki müasir İnternet texnologiyalarına, WEB-səhifələrin yaradılmasına qaçqın və məcburi köçkün ailələrindən olan gənclərin və birinci növbədə tələbələrin böyük marağı var.

Digər tərəfdən saytın İngilis və Rus dillərində yaradılması nəticəsində dünya içtimayyətinə Azərbaycan reallıqları, Dağlıq Karabağ problemi haqqında obyektiv informasiya çatdırılması imkanı yaradılacaqdır.

Saytın Azərbaycan dilində yaradılması cavan nəslin öz soy köklərini unutmamasını, onu vətənpərvər ruhundə tərbiyələndirməsinə, qaçqınların psixoloji reabilitasiyasına xidmət edəcəkdir.

Bu ilin iyun ayından AKTAM təşkilatı UNDP tərəfindən verilaiş qrant əsasında Ağdam, Fizuli, Jəbrayıl rayonlarından olan tələbə məcburi köçkünlər üçün İnternet və Web-dizaynın əsaslarını öyrənmək üçün kursların təşkil etmiş və kursları bitirənlərin iştirakı ilə bu işğal olunmuş rayonlar haqqında Azərbaycan, İngilis və Rus dillərində informasiya-sorğu xarakterli Web-saytların yaradılması üçün işə başlamışdır.

Layihənin predmeti.

Layihə işqal olunmuş rayonlarından tələbə məcburi köçkünlər üçün İnternet və Web-dizaynın əsaslarını öyrənmək üçün kursların təşkili və kursları bitirənlərin iştirakı ilə bu işğal olunmuş rayonlar haqqında Azərbaycan, İngilis və Rus dillərində informasiya-sorğu xarakterli Web-saytların yaradılması məqsədini daşıyır.

Layihənin ünvanlandığı əhali qrupu və onların yerləşdiyi ərazi.

Layihədə iştirak üçün əsasən AKTAM təşkilatı tərəfindən əvvəlllər təşkil olunmuş kursları bitirmiş və əslən İşqal olunmuş rayonlarından olan və hal-hazırda Yasamal rayonunun tələbə şəhərciyində məskünlaşan tələbə məcburi köçkünlər olacaqdır.

Layişənin məqsədi və gözlənilən nəticələri.

Layihənin əsas məqsədləri aşağıdakılardan ibarətdir:

  • tələbə məcburi köçkünlər müasir İnternet texnologiyaları sahəsində bilik səviyələrini artırmaq
  • İnternet şəbəkəsində Azərbaycan dilində olan informasiya resurslarını zənginləşdirmək
  • Azərbaycan haqqında obyektiv informasiyanı dünya içtimaiyyəti yaymaq

Gözlənilən nəticələr: kurs iştirakçılarının İnternet və Web-dizayn sahəsində biliklərə yiyələnmək və işğal olunmuş rayonlar haqqında informasiya-sorğu xarakterli Web-saytların yaradılması olacaqdır.

Layihənin monitorinqi və davamı.

Layihənın davamı dıgər işğal olunmuş rayonlar haqqında analojı Web-səhifələrin yaradılmasında nəzərdə tutulur. Bunun ücün müvafıq təşkilatlara AKTAM tərəfındən müracıətlər hazırlanır.

Kurs iştirakçıları əldə etmiş bilikləri İnternet texnologiyaları tədbiq olunan istənilən sahədə istifadə edə bilərlər. Digər tərəfdən onlar öz biliklərini istifadə edərək yaradılmış saytların yeni informasiya əlavə edərək daim inkişaf edə bilərlər. Bu imkanları onlara layihə bitdikdən sonra ərzində AKTAM təşkilatı təmin edəcəkdir.

 

Content AKTAM
Support AzInternetLinks
Azeri fonts
Russian English